Erməni terror təşkilatlarının Azərbaycan səfirliklərinə hücumlarını beynəlxalq insan hüquqları təşkilatları seyr etməklə kifayətlənirlər - ÖZƏL
21 Sentyabr 2022 12:22 Siyasət"Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfər zamanı Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirlər qəbuledilməzdir. Yaxşı olardı ki, Pelosi Ermənistanda olarkən bu ölkənin hansı səbəbdən müntəzəm olaraq dövlət sərhədində təxribatlar həyata keçirdiyi, atəşkəsi pozduğunu erməni rəsmilərə sual edərdi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu səsləndirib. O bildirib ki, Nensi Pelosi Ermənistanda vandal, terrorçu ermənilər üçün göz yaşları tökdüyü bir zamanda, elə həmin ermənilər Avropada, dünyanın müxtəlif ölkələrində Azərbaycan səfirliklərinə terror hücumları edərək onların həyatları üçün təhlükə yaradırlar: "Bu ermənilərin hər zaman əl atdıqları terror əməlləridir. Yaxın keçmişimizdə də Türkiyənin Avropadakı səfirlərinə ASALA tərəfindən terror hücumları edilmiş, onlara qarşı sui-qəsd həyata keçirilmişdi. Bu gün də eyni ssenari Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı həyata keçirilir. Azərbaycanın Paris, London, Livandakı səfirliklərinə qarşı ASALA terror təşkilatı hücumlar təşkil edir. Təssüflər olsun ki, bu prosesi, erməni terror təşkilatlarının Azərbaycan səfirliklərinə hücumlarını isə beynəlxalq insan hüquqları təşkilatları seyr etməklə kifayətlənirlər və onların bu seyriçi mövqeyini kəskin şəkildə qınayırıq".