Böyük Qayıdışla bağlı qanunvericilik aktı hazırlanıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı qanunvericilik aktı hazırlanıb. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Komitə sədri qeyd edib ki, Milli Məclis və Prezident Administrasiyasının əməkdaşlığı çərçivəsində sənəd üzərində son tamamlama işləri gedir. Sənəd artıq spikerə təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31