Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirildi - FOTO
21 Sentyabr 2022 11:09 SiyasətErmənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən bildirilib.
Sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir.
Məqaləyə dair fotomateriallar:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31