Regionda sülh və sabitliyə aparan yol Ermənistanın aqressiv münasibətlərindən əl çəkməsindən keçir - ÖZƏL
21 Sentyabr 2022 10:25 Siyasət"Son günlər Ermənistanın Azərbaycanın sərhəd bölgəsində törətdiyi təxribat və atəşkəsi pozması cəhdlərini ciddi şəkildə qınayır, bu ölkəni təxribatçı əməllərdən çəkinməyə çağırırıq". "OLAYLAR" xəbər verir ki, bu fikirlər İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) yaydığı bəyanatda əksini tapıb. Bəyanatda qeyd edilir ki, Ermənistanın təxribatçı hücumları və atəşkəsi pozması nəticəsində çıxan qarşıdurmalarda 77 Azərbaycan əsgəri şəhid olub, yüzlərlə erməni həyatını itirib: "Təxribata hər zaman olduğu kimi bu dəfə də Ermənistan tərəfi başlayıb. Dövlət sərhədini keçməyə cəhd edən erməni silahlı qüvvələri ərazilərdə mina basdırmağa cəhd ediblər. Təbii ki, buna da cavavb olaraq Azərbaycan müəyyən tədbirlər görmək məcburiyyətində qalıb".
İSTAD hesab edir ki, dünyanın və regionun sülhə ehtiyacı olduğu bir vaxtda Ermənistanın yenidən təxribat xarakterli addımlar atması qəbuledilməzdir: "Regionda sülh və sabitliyə aparan yol Ermənistanın aqressiv münasibətlərindən əl çəkməsi və 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyyanaməyə ciddi şəkildə əməl etməsindən keçir".