Verdikləri mücadilədə daim azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik - Rəcəb Tayyib Ərdoğan
20 Sentyabr 2022 20:01 SiyasətAzərbaycanın torpaqlarını azad etməsi ilə regionda sülh üçün tarixi bir pəncərə açılıb. Türkiyə olaraq regionda sülhün və sabitliyin bərqərar olması üçün çox önəmli addımlar atdıq. Son günlər Ermənistan-Azərbaycan sərhədində yaşananlar ümumi işə bir qədər kölgə salsa da, inanırıq ki, qısa zamanda iki ölkə arasında münasibətlər normallaşacaq və bölgəyə sülh gələcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının (BA) 77-ci sessiyasında çıxışı zamanı deyib.
"Türkiyə olaraq verdikləri mücadilədə daim azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik", - deyə Ərdoğan vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31