Dünya ermənilərin nənəsi Nensi Pelosinin göz yaşlarına inanmır - ÖZƏL

"Ermənilərin havadarları çoxalır, erməni diasporunun beynəlxalq ələmə müstəsna həyasızlıq və hörmətsizliklə davam edən cinayətlərinə göz yumulur.Yumşaq desəm, Fransa dövləti bir qrup vəhşi xislətli ermənilərin Azərbaycan səfirliyinə qarşı cinayətlərinə meydan verdi". Bunu "Olaylar"a deyən hüquqşünas, "Polisə dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, bu dövlətin havadarlığı ilə ermənilərin Fransada Azərbaycan ərazisinə basqını 30 il bundan öncə  işğal edilən ərazilərimizə olan qanlı təcavüzün davamıdır: "Bunu ğörməyənlər kordurlar! Bütün bunlar 5-dən ibarət (söhbət TŞ-nin daimi üzvlərindən gedir) dövlətlərin Ermənistanın siyasi liderlərinə qarşı beynəlxalq hərbi tribunalın yaradılmasına mane olduqlarına görə baş verir. İkinci dünya müharibəsi Hitlerizmin kapitulyasiyası ilə bitdikdən iki ay sonra, Nürinberq Hərbi Tribunalı təsis edildi və 10 ay davam edən məhkəmə prosesində 21 nasist caniləri bəşəriyyətin və KİV lərin şahidi olduğu müstəsna cəzaya məhkum edildilər. Azərbaycan xalqına qarşı xüsusi amansızlığı və işkəncələrlə seçilən genosidə görə erməni hərbçilərinə qarşı niyə Beynəxalq hərbi məhkəmə təsis edilmir? Arxalı köpəkdirlər, ona görəmi?

Tarixdə Yuqoslaviyada Miloşeviçə qarşı Haaqa tribunalı,Kamboca və Yaponiyada(Tokio prosesi)belə hərbi tribunalar olub.Amma...Suallar çoxdur. Düşünürəm ki, məsələ gündəmdən düşməməlidir. Cəzasızlıq mühiti erməni hərbi çilərini və onlara havadarlıq edənləri bir az da şirnikləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31