Siyasətçilər dövlətləri biri-biri ilə savaşdırır - ÖZƏL
20 Sentyabr 2022 11:47 Siyasət"Biz siyasətin nə olduğun unutduq. Biz elmin nə olduğunu unutduq. Biz dinin nə olduğunu unutduq. Unutduqmu, yoxsa unutdurdularmı?" Bunu "Olaylar"a deyən politoloq Elman Vəliyevin sözlərinə görə, biz əyləncəyə fokuslandıq: "Bizim oraya fokslanmamızı istədilər. Siyasətin yiyələri bizim kimi, tiktok çəkmədilər, bizim kimi selfi edib paylaşmadılar, bizim kimi bir-birilərini videoya çəkib paylaşmadılar, bizim kimi, sosial mediada bir-birilərinə söymədilər. Bizim kimi, siniflərə bölünmədilər! Həmin siyasətçilərin, sən demə əyləncəsi elə bizlərimişik ki. Dövlətləri biri-biri ilə savaşdırır, xalqı üsyana qaldırır, buna silah satır, o birisini vurdurtdurur və ya əksinə, çevriliş elətdirir, xəstəliklər yayır, əyləncə platformaları hazırlayıb və insanların beynini bu platformalara yönəldir, bəzilərinin başını elmlə qatır, bəzilərini varlandırır, bəzilərini yaxşılaşdırır, bəzilərini dinə tabe edib radikallaşdırır, bəzilərini dini ayrımcılıq ilə dalaşdırır və s. Bunların əyləncəsi daha maraqlı imiş ki! Biz də zənn edirik ki, əylənirik!"