Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçasının vida mərasimində iştirak edib
19 Sentyabr 2022 20:05 SiyasətXəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkənin paytaxtı Londonda səfərdədir. Olaylar xəbər verir ki,
səfər çərçivəsində parlamentin sədri Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın adından təşkil olunan rəsmi qəbulda iştirak edib.
Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Kraliça Ülyahəzrət II Elizabetin Vestminster Abbatlığında keçirilən vida mərasiminə qatılıb. Vida mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, parlament təmsilçiləri, görkəmli siyasi liderlər, ictimai xadimlər və Kral ailəsinin üzvləri iştirak ediblər.
Vida mərasimindən sonra Kraliçanın cənazəsi Vellinqton Tağına daşınacaq daha sonra isə Vindzord şəhərinə aparılacaq Kraliça II Elizabet, əri Şahzadə Filipin yanında torpağa tapşırılacaq.