Turizm işçilərinin peşə bayramı günü dəyişdirildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla "Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamının birinci hissəsində "27-si" sözləri "29-u" sözləri ilə əvəz edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31