Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib
19 Sentyabr 2022 14:28 SiyasətMisir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüş zamanı Azərbaycan və Misir arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31