Peskov Pelosinin Ermənistana səfərini şərh edib
19 Sentyabr 2022 14:34 SiyasətOlaylar.az xəbər verir ki,"Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin sabitləşməsi üçün istənilən addımı alqışlayır". Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərini şərh edərkən deyib.
"Sözdə deyil, əməldə , ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan yanaşmalar münasibətlərin normallaşmasına töhfə verə, sərhəddə vəziyyətin sabitləşməsinə kömək edə bilər" deyən Peskov, "bu cür yüksək səviyyəli hərəkətlərin və bəyanatların" ölkələr arasında münasibətlərin normallaşmasına töhfə verə biləcəyini zamanla anlayacağımızı qeyd edib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin İrəvana səfəri sentyabrın 17-19-da baş tutub . Orada Pelosi Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb və Azərbaycanın bu ölkənin suverenliyinə və sərhədlərinə hücumuna qarşı çıxış edib. O, həmçinin ABŞ-ın Ermənistanın müdafiə sektorunda "ehtiyaclarını dinləməyə" hazır olduğunu bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Pelosinin bəyanatlarını tənqid edərək, onları "ədalətsiz" adlandırıb.