Vətənimizin bütövlüyü uğrunda milli davamız hələ başa çatmayıb - Elçin Mirzəbəyli
19 Sentyabr 2022 13:10 Siyasət"Vətənimizin bütövlüyü uğrunda milli davamız hələ başa çatmayıb, davam edir. İndi müqəddəs Vətən savaşının ən ağır, ən çətin mərhələsini yaşayırıq - əsəb müharibəsini. Düşmən və prosesdən qazancla çıxmaq istəyənlər əsəblərinizi tarıma çəkmək, səhvə yol verməyimizi istəyirlər". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, bu mərhələdən yalnız və yalnız səbrlə, soyuqqanlığımızı, birliyimizi qoruyaraq uğurla çıxa bilərik: "Bir-birimizə sonunadək güvənməli, çeşidli videogörüntülü, fotoşəkili təxribatların içimizə şübhə, aramıza nifaq salmaq üçün həyata keçirildiyini başa düşməliyik. Geriyə dönüşü olmayan bir yola çıxmışıq və ölkəmizin bütün əraziləri üzərində suveren hüquqlarımızı bərpa edəcəyik! Sonunadək Bütöv Azərbaycan!"