Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var - DEPUTAT

"Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. Bu güc sadəcə siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür". Bunu "Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə,  Azərbaycan xalqı hər zaman dövlətinin yanındadır və olacaq: "İrəvan daxil olmalqa bəzi paytaxlarda səsləndirilən qərəzli bəyanatlardan "həvəslənib" bu birliyimizi pozmaq istəyən marjinal qrupların cəhdləri həvəsdən başqa heç nə olmayacaq. Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var. Birliyimiz heç zaman sarsılmasın!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31