Ermənistan bu şərtlərlə razılaşmasa, Azərbaycan 1920-ci ilin sərhədlərinə qayıdacaq - ÖZƏL

"Təəssüflər olsun ki, ötən 2 ilə yaxın müddətdə Ermənistan üçtərəfli bəyanatlara əməl etməyib, onların icrası istiqamətində konkret addımlar atmayıb. Əksinə, müntəzəm olaraq dövlət sərhədində öz təxribatçı hərəkətlərini davam etdirib".

Bu fikirləri "OLAYLAR"-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Ermənistan üçtərəfli bəyanatlara qeyd-şərtsiz əməl etməklə yanaşı, eyni zamanda Xocalıda əli azərbaycanlıların qanıan batmış Serj Sərkisyan, Robert Köçəryan və Seyran Ohanyanı Azərbaycana təhvil verməlidir: "Həmçinin dövlət sərhədində ən son cinayəti törədən şəxsləri Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verməlidir".

Emin Həsənli bildirib ki, Ermənistan bu şərtlərlə razılaşmasa, o halda Azərbaycan 1920-ci ilin sərhədlərinə qayıdacaq: "Azərbaycanın Ermənistana qarşı ərazi iddiası onun haqqıdır. Çünki İrəvan, Göyçə, Zəngəzur Azərbaycan torpağıdır. Biz 1918-ci ilin, mart-aprel ayının xəritələrinə qayıtsaq, bu heç də Ermənistan üçün yaxşı nəticələnməyəcək. Bunu Ermənistan bilməlidir. Azərbaycanın daha uzun müddət Ermənistanın nazı ilə oynamaq, onu gözləmək fikri yoxdur. Tezliklə Ermənistan tərəfdən konkret mövqe bildirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31