İrəvanı etirafı etməyə məcbur edən məqam - ÖZƏL
19 Sentyabr 2022 10:40 Siyasət"Ermənistan Müdafiə Nazirliyi son açıqlamasında sərhəddə heç bir dəyişikliyin qeydə alınmadığını qeyd edib. Hərçənd, Ermənistan ordusunun baş qərargah rəisi Edvard Asryan ötən həftə iddia edirdi ki, Azərbaycan ordusu irəlilədiyi mövqelərin bir neçə istiqamətindən geri çəkilib, hətta, bəzi bölmələri mühasirəyə düşə bilər". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ermənistan MN son açıqlamasında Azərbaycan ordusunun nəzarəti bərpa etdiyi ərazilərdən geri çəkilmədiyini təsdiq edir: "İrəvanı bu etirafı etməyə məcbur edən məqam beynəlxalq səviyyədə başladıqları "Azərbaycan Ermənistan ərazilərindən çıxmır" kampaniyasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31