Qərbi Zəngəzurda Azərbaycan tam demiritalizasiya işi aparmalıdır- Politoloq

Ermənistanın Azərbaycanla dövlət sərhəddinin  delimitasiya və demarkasiya üzrə danışıqları uzatması öz əleyhinə çevrilir. Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Qeud edib ki, Rusiya prezidenti V.Putin də Özbəkistanda verdiyi açıqlamada döyüşlərin demarkasiya olunmayan ərazidə baş verdiyini vurğuladı.

İkinci, KTMT -də məhz demarkasiya olunmayan ərazidə döyüş amilini nəzərə alıb, rəsmi Yerevanın müraciətinə mənfi mövqe bildirdi.

Üçüncü, BMT Təhlükəsizlik Şurası  tərəfləri delimitasiya və demarkasiya üzrə danışıqlara başlamağa çağırdı. Bununla da döyüşün bu ərazilərdə  baş verdiyini elan etməklə, Ermənistanın bütün müraciətlərini  cavabasız qoydu.

Amma, rəsmi Yerevan hesab  edird ki, həm KTM, həm də BMT Təhlükəsizlik Şurası və Rusiya Azərbaycana ciddi təzyiqlər edəcək, Ermənistanın mövqeyi güclənərək Azərbaycana qarşı döyüş əməliyyatlarını icra edəcək. Amma, baş verənlər siyasi və hərbi olaraq Ermənistanın əleyhinə çevrildi.

Ermənistanla demarkasiya olunmayan ərazilərdə döyüş əməliyyatlarının baş verməsi istisna deyil və danışıqlar baş verərsə, Azərbaycan ordusu olduğu yerdən sərhəd xəttini müəyyən edəcək. Danışıqlar başlayacaqsa, Ermənistan demarkasiya ilə bağlı şərt irəli sürəcək. Azəbaycan ordusunun 12 senytabra kimi xəttə çəkilməsini tələb etməyə çalışacaq. Qeyd edim ki, Ermənistanın bu iddiaları absurddur və ilk növbədə Ermənistan ordusu Azərbaycanın işğalda saxladığı anklav kəndləri boşaltmalıdır.

Beynəlxalq və regional siyasi proseslər Azərbaycanın mövqeyinin güclənməsi ilə davam edir. Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının konfransında Azərbaycana tam dəstək ifadə olundu.
Şanxay Əməkdaşlıq Təşkilatının konfransında prezident İlham Əliyev "Zəngəzur" dəhliznin açılmasının labüdlüyünü bir daha iştirakçı ölkələrin diqqətinə çatdırdı. Demək, Zəgəzur dəhlizi açılacaq.

Ermənistanın bütün siyasi cəhdlər uğursuz oldu.  İranın mövqeyinə gəldikdə isə, bu həlledici deyil. Tehran beynəlxalq birliyin dəsətk verdiyi dəhlizə qarşı çıxa bilməz.
Ermənistan Naxçıvan istiqamətində atəşkəsi pozur və təxribatlara rəvac verir. Görünür, Qərbi Zəngəzurda Azərbaycan tam demiritalizasiya işi aparmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31