İran öz missiyasını aldığı "siqnallara" uyğun gücləndirir

İranın nüvə proqramı və digər bu kimi məsələlər ətrafında Vaşinqtondan davamlı olaraq üfürülən, dünya mediasını başına götürən informasiyalar, əslində sözdə islam respublikasının guya qərbin maraqlarına qarşı mübarizənin ön cərgəsində dayandığı barədə görüntünün yaradılmasına xidmət edir". Olaylar xəbər verir ki, bunu deyən siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə,  bugünkü mənzərə bir daha sübuta yetirir ki, İran "İslam Respublikası" ABŞ, Fransa və bu kateqoriyadan olan dövlətlərin regionda türk-islam, eləcə də Avrasiya geoiqtisadi və geomədəni amilinin güclənməsində qarşı yaratdığı təsisatdır və öz missiyasını vaxtaşırı aldığı "siqnallar"ın alqoritminə uyğun olaraq gücləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31