Bakıya ardıcıl zəng edənlər və hayların havadarları
17 Sentyabr 2022 10:59 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyanın dövlət başçısıyla Səmərqənddəki görüşünü qısaca şərh etməli olsaq, birincisi, hətta bədən dilindən belə tərəflərin bir-birini anladıqları, həm də çox yaxşı anladıqları açıq-aydın duyulurdu". "Olaylar " xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, burada söhbət ilk növbədə sentyabrın 12-13-də Ermənistanın növbəti hərbi təxribatının qarşısını alarkən baş verənlərdən gedir.
Prezident Putinin görüşdə öncə Azərbaycanla-Rusiya arasında əlaqələrin yüksək səviyyədə olmasını vurğulayıb ardınca sözü gedən olaya toxunması artıq Ermənistan üçün çox şey demək idi. Əslində Paşinyanın gecənin ortasında Rusiyanın dövlət başçısına zənginin qarşı tərəfdə narazılıqdan başqa hər hansı bir reaksiya doğurmayacağı öncədən də bəlli idi, Səmərqənddə də təsdiqini tapdı. Axı kim də olmasa, Vladimir Putin bütün bu qarşıdurmanın arxasında Ermənistanın öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməyin durduğundan gözəl xəbərdardır. Və ondan da xəbərdardır ki, burada qərblə İran da az rol oynamırlar .
Cənab İlham Əliyevin Azərbaycan-Ermənistan sərhəddində vəziyyətin normallaşmasında məhz Rusiyanın xidmətini vurğulamasının, üçtərəfli bəyanatın yerinə yetirilməsinin önəmliliyini qabartmasının nə demək olduğunu isə BMT-də məsələ qaldıranlar, Bakıya ardıcıl zəng edənlər və hayların digər havadarları gərək ki, bilməmiş deyillər.