Pakistanlı nazirin bu hərəkəti gündəm oldu: Putin gülümsədi... - VİDEO
16 Sentyabr 2022 16:43 SiyasətPakistanın Baş naziri Şahbaz Şərifin son görüntüləri sosial mediada gündəm olub.
Baş nazir Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti öncəsi çətin anlar yaşayıb.
Belə ki, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. İki lider əl sıxdıqdan sonra yerlərində əyləşiblər. Putin masanın üstündən tərcümə qulaqcığını götürüb taxarkən Şərifə də eynisini etməsi üçün işarə edib. Lakin baş nazir problemlə üzləşib və "Kimsə mənə kömək edə bilərmi?" deyərək zaldakılara müraciət edib.
Şərifə taxılan qulaqcıqlar bir neçə saniyədən sonra yerə düşüb və Putin gülümsəyib. Baş nazirin qulaqcıqları yenidən taxılıb və söhbət başlayıb. Şərifin çətin anları isə sosial mediada müzakirə obyektinə çevrilib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31