Paşinyan əhalini hərbi komissarlıqlara səslədi: "Kimin əli silah tutursa..."
16 Sentyabr 2022 14:55 SiyasətErmənistan Təhlükəsizlik Şurasının iclasında qərara gəlinib ki, könüllülər yerli hərbi komissarlıqlara müraciət etsinlər.
Bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Əllərinə silah götürmək istəyənlər adi qaydada yerli hərbi kommisarlığa müraciət edə bilərlər", - deyə o bildirib.
Paşinyan əlavə edib ki, ölkədə indiki vəziyyətdə səfərbərlik elan edilməyəcək.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31