İgidlərimizi onların adlarına layiq şəkildə dəfn etməliyik - ÖZƏL
16 Sentyabr 2022 13:05 Siyasət"Öz həyatlarını Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi uğrunda qurban vermiş Şəhidlərimizi hansısa bir dinə və ya məzhəbə məxsus formada deyil, məhz ümum-İslam qaydaları və milli-vətənpərlik əhval-ruhiyyəsi ilə qarşılamalı və onların dəfn mərasimlərini buna uyğun olaraq təşkil etməliyik. Böyük şücaət və cəsarət göstərərək mənfur düşməni məhv edən igidlərimizi onların adlarına layiq şəkildə dəfn etməliyik".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev: səsləndirib. O bildirib ki, dəfn zamanı ümumxalq düşüncəsindən çıxış etməli, yalnız müəyyən edilmiş normalar çərçivəsində cənazə mərasimləri təşkil etməliyik. Dəfn zamanı çoxmillətli, müxtəlif dinlərə və məzhəblərə məxsus ölkəmizdə dini-məzhəbi şüarlar səsləndirməyi Şəhidlərimizin ruhlarına qarşı hörmətsizlik kimi qəbul etməliyik: "Gəlin unutmayaq ki, öz canlarını #Vətən uğurunda qurban vermiş Şəhidlərimiz ölkəmizdə yaşayan hansısa bir etnik qrupa, dinə, yaxud məzhəbə görə deyil, məhz bütöv Azərbaycanımız və xalqımız uğrunda fəda etmişlər! Uca Allahdan Şəhidlərimizə rəhmət diləyirik!".