Erməni təxribatına verilən cavab İlham Əliyevin Dəmir Yumruğunun və iradəsinin nümayişidir - ÖZƏL
16 Sentyabr 2022 12:31 Siyasət"Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Təəssüflər olsun ki, beynəlxalq birlik də Ermənistanı buna məcbur etməyib, ona qarşı sanksiyalar həyata keçirməyib. Bütün bunlar da öz növbəsində zaman-zaman Ermənistanın təxribat xarakterli addımlar atmasına gətirib çıxarıb".
Bu fikirləri "OLAYLAR"-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli sentyabrın 12-dən başlayaraq dövlət sərhədində həyata keçirilən təxribatlara münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, dövlət sərhədində baş verən erməni təxribatları 2020-ci ilin Tovuz hadisələri ilə eynidir: "Bu dəfə fərq ondan ibarətdir ki, atəşkəs Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində pozuldu. Böyük təxribatlar törədildi. O zaman da Tovuz istiqamətində anoloji təxriubatlar hıyata keçirilmiş və düşmənə layiqli cavab verilmişdi". Emin Həsənli qeyd edib ki, Tovuz təxribatına verilən layiqli cavabdan nəticə çıxarmayan Ermənistan 2020-ci ilin sentyabr ayında yenidən təxribata əl atdı və həmin təxribata cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad olundu: "44 günlük tarixi qələbə və müharibənin başa çatmasını özündə ehtiva edən üçtərəfli bəyanatlardan sonra Ermənistan tərəfi demək olar ki, əldə edilən razılaşmaya əməl etmir, sistemli olaraq Azərbaycan Ordusuna qarşı təxribatlar həyata keçirirdilər. Bu vaxta qədər qeydə alınmış kifayət qədər faktı sadalamaq olar və bundan sözün həqiqi mənasında Azərbaycan dövləti, Azərbaycan xalqı əziyyət çəkirdi. Bir neçə gün əvvəl yenidən anoloji hal yaşandı və Azərbaycan Ermənistanı böyük miqyasda cəzalandırdı, onu canlı heyət və hərbi sursat baxımından ciddi itkilərlə üzləşdirdi. Əslində Azərbaycan Prezidenti Cənab İlham Əliyev bir neçə dəfə bəyan etmişdir ki, Dəmir Yumruq yerindədir və Ermənistan ağlını başına yığsın. Kimlərə arxayın olmasın". İctimai Birlik sədri qeyd edib ki, son erməni təxribatına qarşı verilən layiqli cavab Azərbaycanın, Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisidir: "Ən əsası Ali Baş Komandan Cənab İlham Əliyevin Dəmir Yumruğunun və iradəsinin nümayişidir ki, o Azərbaycanın mili maraqlarını heç zaman güzəştə getməyəcək. Ermənistan ya şərtləri qəbul etməli, ya da onun mövcudluğu sual altında qalacaq. Sərhədlər müəyyənləşdirilməli və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır".