Paşinyan razılaşmalara əməl etməyəcəksə, hərbi toqquşmaların davam etməsi istisna deyil - ÖZƏL

"BMT təhlükəsizlik Şurasının Ermənistan Azərbaycan sərhəddində baş verən hərbi vəziyyətlə əlaqədar fövqəladə toplantısında Azərbaycanın əleyhinə əlahiddə bir hərhansı qərar qəbul edilmədi. Bu, Azərbaycanın diplomatik müstəvidə Ermənistan üzərində qələbəsidir. Demək olar ki, BMT səviyyəsində Azərbaycanın regionda yartadığı yeni reallıqlar qəbul edilir. Ermənistanın BMT Təhlükəsizlik şurasından və KTM-dən gözləntiləri reallaşmadı". "Olaylar" xəbər verir ki, bunu deyən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, artıq, Rusiyanın vasitəçiliyi ilə  Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilib. N. Paşinyan razılaşmalara əməl etməyəcəksə, hərbi toqquşmaların davam etməsi istisna deyil: "Nikol Paşinyan yenidən V.  Putinlə telefonlar danışıb. N. Paşinyan Qərbdə bir mövqe sərgiləyir, Rusiyada bir mövqe. Ona görə də bu gün ölkəsini dalan vəziyyətə gətirib. Artıq Ermənistan siyasi cəhətdən beynəlxalq birliyin dəstəyini ala bilmədi. Azərbaycan həm diplomatik, həm də hərbi müstəvidə Ermənistanı üstələyib.

Qeyd edim ki, ABŞ Nümayəndələr palatasının spikeri N. Pelosinin Ermənistana səfəri N. Paşinyanı Rusiyanın təzyiqlərindən qorumaqdır. Göründüyü kimi ABŞ  Azərbaycan və Ermənistan arasında vasitəçi olaraq sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Amma, Rusiyanın buna şərait yaratmayacağı, Moskvanın təşəbbüsü ilə sülh müqviləsinin bağlnması istisna deyil. Çünki, Rusiya Brüssel formatını da fiaskoya uğradıb. Təbii ki, N. Paşinyan siyasi iradəsizliyindən bu proseslər baş verir. N. Paşinyan Moskvadan uşaqlaşmayınca ölkəsində siyasi sabitlik mümkün olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31