Paşinyan sərhəddəki son vəziyyəti AÇIQLADI
16 Sentyabr 2022 12:02 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki vəziyyət barədə danışıb. Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətində bu məsələyə toxunub.
Bu barədə Ermənistan hökumətinin Mətbuat Xidmətindən bildirilib. Paşinyanın sözlərinə görə, sərhəddə gərginlik hələ də davam edir: "Azərbaycan və Ermənistan arasında sərhəddə nisbi sakitliyə baxmayaraq, vəziyyət gərgin olaraq qalır".
Qeyd edək ki, Ermənistan Baş naziri bu gün Rusiya və Fransa liderləri ilə danışıqlar aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31