Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır - ÖZƏL
16 Sentyabr 2022 11:48 Siyasət"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir". Bunu "Olaylar"a deyən Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbin direktoru Zaur Abasovun sözlərinə görə, rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidir: "Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəxalq normalara riayət edilməsi tələb olunmalıdır.Yanaşmaların fərqliliyi bir daha Azərbaycanın üstünlüyünü, habelə ölkəmizin beynəxalq hüquq və normalarına sadiqliyini təsbit edir. Rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır".
Onun bildirdiyinə görə, 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır: "Dünya ictimaiyyəti və beynəlxlaq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Ermənistana dəstək göstərən təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir.13 sentyabr tarixində yaşanmış hərbi insident təsadüfi sayıla bilməz. Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. 13 sentyabr tarixində yaşanmış insident ATƏT-in Minsk Qrupunun dirçəltməsinə xidmət edən simulyasiyadır. Bütün bu səylərə baxmayaraq ,ordumuz düşmənə layiqli cavabını verir.Şəhidlərimizin qısası dərhal artıqlaması ilə alındı.Düşmən çoxlu sayda canlı qüvvə,hərbi texnika ,strateji ýüksəkliklər, çoxlu postlar və döyüş mövqeyini itirmişdir.Təxribatın qarşısı alınan zaman ordumuz şəhidlər versə də,mənfur düşmənə bir daha öz gücünü göstərdi!"