Səmərqənddə Türkiyənin Azərbaycanın yanında olduğu mesajı verildi - ÖZƏL

"Fransa nümayəndəsi BMT-də Ermənistanı dəstəklədi, Qarabağ FK layiqli cavab verdi, İlham Əliyev paylaşımını etdi. Hindistanın nümayəndəsi Ermənistanın tərəfini tutdu, İlham Əliyev Səmərqənddə Pakistanın Baş Naziri Şahpazla görüşdü və Kəşmirin Pakistana məxsus olduğu mesajını verdi". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Elman Vəliyevin sözlərinə görə,  Ərdoğan və İlham Əliyev yan-yana oturdu, Türkiyənin Azərbaycanın yanında olduğu mesajı verildi: "İran Ermənistanın sərhədləri qırmızı xəttimizdir dedi, Səmərqənddə Ərdoğan başda oturmaqla cavabını verdi. Yəni, mesajlar aşkar bildirildi. Hər kəs layiqli cavabın aldı. Diplomatik mesaj budur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31