Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında aksiyaya gələn ermənilərin planları puç oldu - FOTO/VİDEO

15 sentyabrda ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri ABŞ-dakı səfirliyimiz qarşısında "etiraz aksiyası" keçirib.Bu barədə səfirliyin rəsmi "Twitter" hesabında paylaşılan videoda əks olunur.Səfirliyimiz tərəfindən Azərbaycan Dövlət Himni, hərbi marşları və vətənpərvərlik mövzusunda olan musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə "Qarabağ Azərbaycandır!" şüarları əks olunmuş plakatlarla olduqca "isti qarşılanıb". Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, səsləndirdikləri əsassız şüarları özləri belə eştiməkdə çətinlik çəkiblər.

Ermənilər xislətlərinə uyğun olaraq, gətirdikləri və təhrif olunmuş məlumatlar yazılmış plakatlar və qondarma "bayraqlarla" səfirliyimizin fonunda şəkil çəkdirməyə çalışıblar. Lakin bu zaman da istəklərinə nail ola bilmədən, plakatlarını da qoyub uzaqlaşmaq məcburiyyətində qalıblar.

Bununla belə, Azərbaycan bayrağı daim yüksəklərdə dalğalanıb və Dövlət Himninin sədaları ucalardan eşidilib.

Aksiya zamanı səfirliyin ərazisinə müdaxilə olmayıb və ermənilərin "mənalı" aksiyası yekunlaşıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31