Yeni Azərbaycan Partiyasının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər - VİDEO

Sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının nümayəndələri Bakıdakı "Türk şəhidliyi" abidəsini ziyarət ediblər.

Partiyadan "OLAYLAR"-a bildirilib ki, zyarətçilər tərəfindən "Türk şəhidliyi" abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Yeni Azərbaycan Partiyasının nümayəndələri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən türk qardaşlarımızın əziz xatirəsini yad ediblər. Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığı və fədakarlığı dərin hörmət və ehtiramla xatırlanıb.
 

https://youtu.be/da1h6GU-3qY

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31