"Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi qardaşlığın bariz nümunəsi idi"- ÖZƏL

Bakının erməni-daşnaq, rus-bolşevik quldurlarından azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının, iki xalq arasındakı tarixi və əbədi dostluğun simvoludur.

"Bu, qardaşlıq 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakıya gəlib, Azərbaycanı xilas etməsi ilə yekunlaşmır. Bu, tarixə qədər Osmanlının dünyanın böyük gücləri ilə mübarizə apardığı "Çanaqqala" döyüşündə azərbaycanlılar iştirak edib. Bəzi mənbələrə görə onların sayı üç mindən çox idi. Ermənilər, bolşeviklər bu dövrdə Bakıda və Azərbaycanın digər bölgələrində çox sayda qırğınlar törətdi. 1918-ci il mart ayının sonlarında misli görülməyən soyqrım həyata keçirildi. Bəzi ingilis mənbələrində Bakıda əsir götürülən azərbaycanlıların üzərinə vəhşi itlərin salınması faktı da qeyd olunub. Qafqaz İslam Ordusu yeri yaradılan dövlətin ordu ilə birləşərək işğalda olan ərazilər və Bakı  şəhəri işğaldan azad edildi"

Bu sözləri Olaylar.az-a politoloq Anar Əliyev bildirib.

"Qızıl Ordu tərəfindən işğal edilən Azərbaycan SSRİ-də də xalq hər zaman türklərə qarşı qardaşlıq münasibətində olub. 1921-ci ildə yeni dövlət qurmağa çalışan Atatürkün Nəriman Nərimanova borc barəsində müraciətinə Nərimanov külli miqdarda neft, 500 kiloqram qızıl, Rusiyadan əldə edilən 10 milyon qızıl pulları Atatürkə göndərərək, qardaşlıq nümayiş etdirib. Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi bu qardaşlığın bariz nümunəsi idi.

Azərbaycan dövləti 20-ci əsrin sonlarında müstəqillik əldə etdikdən sonra, üzləşdiyi ən böyük problem, erməni havadarlarının ərazi iddiaları olub. Bu, problemlər zamanı Türkiyə hər zaman Azərbaycan xalqının yanında olub.

2020-ci il sentyabr ayında başlayan Vətən müharibəsinin ilk dəqiqələrindən itabarən Türkiyənin sərgilədiyi mövqe Azərbaycanın əldə etdiyi uğurların genişlənməsinə səbəb oldu.

Biz bu, qardaşlığı 2021-ci iyun ayının 15-də Şuşa şəhərində imzalanan bəyənnamədə bir daha təsdiq etdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31