Azərbaycan torpaqlarını azad edərkən qardaş Türkiyə bir daha yanımızda oldu - ÖZƏL
15 Sentyabr 2022 16:18 Siyasət"Tarix Azərbaycan - Türkiyə qardaşlığına dair bir çox parlaq nümunələrlə zəngindir. Bunlardan biri də 104 il əvvəl Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsidir. Bu, şanlı tariximizin daha bir unudulmaz səhifəsi - dostluq dastanı, qardaşlıq salnaməsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, Bakının işğaldan qurtarılmasından 1 əsr sonra daha bir şərəfli haqq mübarizəsinə şahidlik etdik: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı hərbi-siyasi əsarətdən xilas edərkən qardaş Türkiyə bir daha yanımızda oldu, qətiyyətli mənəvi-siyasi dəstək göstərərək birlik - həmrəylik nümayiş etdirdi. Tarixin bütün dövrlərində olduğu kimi, bu gün də bir millət, iki dövlət olaraq sevincimiz və kədərimiz birdir. Biz birlikdə güclüyük!"