Ermənilər bu dəfə daha fərqli bir Azərbaycanla qarşılaşacaqlar - ÖZƏL

"Bildiyimiz kimi Ermənistan Birinci Qarabağ müharibəsindən bu  vaxta qədər  Azərbaycana qarşı davamlı təxribatlarla məşğul olub və 44 günlük müharibədən sonra düşünülürdü ki, separatçılar layiqli cavab aldıqdan sonra bu adətlərindən əl çəkəcəklər. Amma iki il bunda əvvəl baş vermis və Ermənistan silahlı qüvvələrinin az qala tamamının məhvi ilə nətcələnmiş müharibədən də nəticə çıxarmadılar. Azərbaycan Respublikası Prezidenti İlham əliyevin davamlı xəbərdarlıqlarına və Silahlı Qüvvələrimizin onların təxribatlarına layiqli cavab verməsinə baxmayara onlar öz köhnə adətlərindən əl çəkmədilər. Çünki 30 il müddətində buna öyrəşiblər və hər dəfə təxribat törədərək Azərbaycanın üstünə atmaqda ustalaşmışdılar. Digər tərəfdən beynəlxalq təşkilatlar və himayəçi dövlətlərin ikili standartı hayları daha da cürətləndirirdi. Əgər onlar aldıqları dərsdən nəticə çıxarsaydılar heç də erməni olmaz və normal millət status daşıyardılar". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, onlar iki ölkə arasında münasibətlərin normallaşması və Azərbaycanın nailiyyətlərinin daha da artdığı bütün dövrlərdə öz təxribat və xain çıxışları ilə mane olmaq istəyir və xaricdəki yardımçıları vasitəsi ilə buna bəzən nail də olurdular:

"Bu dəfə də onların məqsədləri aydın idi. Onlar həm beynəlxalq təşkilatlar və həm də münaqişənin nizamlanmasında vasitəçi kimi fəaliyyət göstərən dövlətlər tərəfindən küncə sıxılmış və Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh müqaviləsi bağlamağa məcbur edilmişdilər. Bu sülh müqaviləsi eyni zamanda ermənilərin 100 illərlə bəslədiyi  xəyallarının  puça  çıxması demək idi. Məhz buna görə də onlar sülh müqaviləsinin, sərhədlərin delimitasiya və demarkasiyasının, Zəngəzur dəhlizinin  qarşısını almaq üçün bu təxribata əl atdılar. Düşünürdülər ki, əvvəllər olduğu kimi təxribatları yenə də cavabsız qalacaq, yaxud bunu Azərbaycanın üzərinə ataraq işlərinə davam edəcəklər. Amma bu dəfə belə olmadı və bundan sonra da onların düşündüyü kimi olmayacaq. Müzəffər Azərbaycan əsgəri erməni təxribatından vaxtında xəbər tutaraq qarşılayıcı zərbələ endirdi. İndi onlar xaricdəki himayədarlarının reaksiyasını gözləyir və mesajlar göndərirlər. Rusiya, ABŞ, Avropa İttifaqı, KTMT, BMT-dən istədikləri cavabı almadıqdan sonra yenə də danışıqlar masasına dönəcəklər. Amma bu dəfə təxribata qədər olan Azərbaycandan daha fərqli bir Azərbaycanla qarşılaşacaqlar və bizim şərtlərimiz onlar üçün daha ağır olacaq".

Politoloq onu da qeyd edib ki, beynəlxalq təşkilatlar da öz köhnə ənənələrindən əl çəkməyib: "Onlar yenə də erməni narrativlərinə qulaq asır və ermənipərəst mövqelərini büruzə verirlər. Amma qeyd etdiyim kimi zaman 30 il bundan əvvəlki zaman və Azərbaycan torpaqları işğal altında olan Azərbaycan deyil. Onun yanında öz yeni silahlara və hər keçən gün daha da inkişaf edən texnologiyalara malik Türkiyə Respublikası dayanıb. Türkiyə Rusiyadan fərqli olaraq Azərbaycandan qardaşlıq missiyasını yerinə yetirən bir dövlətdir və o birdaha öz qanı bir, canı bir qardaşlarını yem olmağa qoymayacaq".

Ə.İbrahimov hesab edir ki, ermənilərin son təxribatlari və Azərbaycan ordusunun onların təxribatlarına layiqli cavab verməsi şübhəsiz aparılan sülh danışıqlarına təsirsiz ötüşməyəcək: "Ən azından ona görə ki, danışıq və müzakirələrin nəzərdə tutulan qrafikində dəyişikliklər baş verəcək, buna qədər əldə olunmuş razılaşmaların yenidən nəzərdən keçirilməsinə zərurət yaranacaq. Eyni zamanda ermənilər əgər təxribatla Azərbaycanda güzəştlər əldə etməyə can atırdılarsa, onların bu arzuları gözlərində qalacaq. Azərbaycanın danışıqlar masası arxasında mövqeyini daha da gücləndirəcəyi istisnasızdır. Bu da ermənilərin yeni itkiləri deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31