Neqativ quvvələr həm muxalifət, həm də hakimiyyət daxilində var - Partiya sədri-ÖZƏL
15 Sentyabr 2022 14:12 Siyasət"Hal-hazırda ölkənin siyasi aurası nəzarətdə olan gərginlik içərisindədir. Bütün dünyada yeni bir nəfəs, yeni siyasi ab- hava surətlə yayılır". Bunu "Olaylar"a deyən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun sözlərinə görə, bunu təbii ki, siyasi biliklərə malik olan şəxslər anlayır və buna müvafiq addımlar atır: "Hakimiyyətdə hansısa bir şəxslə düşmənçiliyi olanlar bu prosesdən millətin və xalqın maraqlarına uyğun olmayan siyasi tərzdə mübarizə aparmaq istəyir. Ona görə gərginliklər var, həm də nəzərə alsaq ki, onları müəyyən xarici qüvvələr dəstəkləyir. Hesab edirəm ki, siyasi gedişləri düzgün hesablaya bilən və proselərə vicdanla yanaşan milli qüvvələr var. Bu açıqladığım siyasi hava axınına reaksiyalar müxtəlifdi, biz hesab edirik, neqativ quvvələr həm muxalifət, həm də hakimiyyət daxilində var. Dövlətini sevən şəxslərin, Vətən anlayışını vicdanla qavrayan şəxslərin öhdəsinə düşən odur ki, baş verən bütün siyasi oyunları öz dövlətimizin xeyrinə yönəldə bilək".
Partiyanın strategiyasına gəldikdə partiya sədri qeyd edib ki, yeni siyasi xəttimiz olacaq: "Qısa zamanda bu barədə dəyərli xalqımıza və hörmətli mətbuat orqanlarına açıqlamalarımız olacaq. Biz hesab edirik ki, seçki istənilən siyasi təşkilatın uğur qazanmasında, siyasi yuksəliş üçün ana xətt olmalıdır".