Onlar heç şəhidlərin ruhundan belə utanmadılar - DEPUTAT-ÖZƏL
15 Sentyabr 2022 12:25 Siyasət"Ordumuzun şəhidlər verdiyi bir vaxtda Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Altay Göyüşov, Tural Sadıqlı, Qubad İbadoğlu kimi ünsürlər ölkəmizdə daxili sabitliyi pozmağa cəhd göstərərək, "Tüpürüm o dəhlizə", "Tüpürüm Qarabağa" deyərək bir daha satılmış və yaltaq olduqlarını sübut etdilər".
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov deyib ki, bu dəfə onlar heç bir mənəviyyata sığmayan, şəhidlərimizin dəfn edildiyi bir zamanda şəhid ailələrinin heysiyyatına toxunaraq onlar üzərindən pul qazanmağa, hansısa ölkələrin səfirlikləri qarşısında xoş görünməyə çalışıb siyasi divident qazanmaq niyyətinə düşdülər:
"Ən təəssüf doğuran məqam isə odur ki, onlar heç şəhidlərin ruhundan belə utanmadılar. Onların etdiyi bu rəzillik bütün Azərbaycan xalqının müqəddəs şəhidlərlə bağlı ülvi hisslərinə toxunmaqdır".