"Azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir” - Rəcəb Tayyib Ərdoğan

Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Azərbaycan xalqına başsağlığı verirəm.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Ermənistanın təxribatları qəbuledilməzdir.

"Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir", - deyə Ərdoğan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31