Ermənistanın ümumi itkiləri 500-dən çox ola bilər - ÖZƏL

Ermənistan tərəfi dünən 106 nəfər hərbçisinin ölü olaraq itirdiyini rəsmən təsdiqləyib, 100 nəfər erməni cəsədini də Azərbaycan qaytarmağa hazırdır. Ermənistanın bu hesabla ümumi itkiləri 500-dən çox ola bilər.

"OLAYLAR" xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, mövcud reallıqla Ermənistan tərəfinin açıqladığı rəqəmlər arasında ciddi fərq var.

Qeyd edək ki, sentyabrın 13-də dövlət sərhədində törətdiyi təxribata qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində Ermənistan tərəfi cəmi 49 əsgərinin öldüyünü etiraf etmişdi.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31