Bu Ermənistan üçün son şans sayıla bilər - ÖZƏL
14 Sentyabr 2022 15:20 Siyasət"Əgər Azərbaycan ordusu yenidən hərəkətə keçərsə bu zaman Ermənistan tərəfi üçün bu qarşısıalınmaz bir proses olacaq". Bu fikirləri "OLAYLAR"-a deyən politoloq Vüqar Əhmədov bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi üstünlüyünü açıq şəkildə göstərdi:
"Qarşı tərəf təxribatları davam etdirməkdə israrlı olarsa, bu artıq Ermənistanın tam fiaskosu ilə nəticlənəcək və danışıqlara da yer qalmayacaq. İndiki danışıqlar Ermənistan üçün son şans sayıla bilər. Ona görə düşünürəm ki, Ermənistan tərəfi nə qədər ki, danışıqlar və siyasi həll gündəlikdədir və üçtərəfli razılaşmalar mövcuddur, məhz bunlara əsaslanaraq Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna son qoymalı, bölgədə vəziyyəti gərginləşdirəcək hər hansı addımdan çəkinməli və daha çox sülhə xidmət edən addımlar atmalıdır". Politoloq hesab edir ki, əks halda Azərbaycan ordusu çox qısa zamanda qanunsuz erməni hərbi birləşmələrini təmizləməyə və Ermənistanı güc yolu ilə üçtərəfli razılaşmalara məcbur etməyə qadirdir.