İlham Əliyev Anna Byerdeni qəbul edib - VİDEO
14 Sentyabr 2022 14:58 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerdeni qəbul edib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında 30 illik uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı.
Görüşdə gələcək layihələr və Dünya Bankının Azərbaycan hökumətinə dəstəyi ilə bağlı məsələlər müzakirə olundu, strateji sahələrdə, o cümlədən enerji, kommunikasiya sahələrində və Qarabağın bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31