Türkiyədə seçimlərə hakimiyyətlə yanaşı müxalifət də son dərəcə ciddi hazırlaşır - ÖZƏL
14 Sentyabr 2022 14:48 Siyasət"Türkiyədə seçimlərə hakimiyyətlə yanaşı müxalifət də son dərəcə ciddi hazırlaşır. Hətta Rəcəb Tayyib Ərdoğana qarşı milliyətçi bir namizədi çıxarmaları halında seçimləri qazanma ehtimalının çox yüksək olduğu bildirilir".
Bu fikirləri "OLAYLAR"-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQASSAM) rəhbəri Hasan Oktay səsləndirib. Mərkəz rəhbəri bildirib ki, Yunanistan böhranı, Suriyadakı terror təşkilatlarının fəaliyyəti, Əfganistan, eləcə də dünyadakı bir çox problemlərlə yanaşı, Ərdoğan üçün seçimlər də olduqca önəmlidir: "Türkiyədəki seçimlərdə həm iqtidar, həm də müxalifət qələbə qazanmaq üçün bir-birinə qarşı bütün mümkün vasitələrdən istifadə edəcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31