"Ermənistana rəhbərlik edən qaniçənlərdən bütün anti-insani hərəkətlər gözləniləndir"- ÖZƏL
14 Sentyabr 2022 14:32 Siyasət"Ermənistan hərbi cinayətlər törədən ölkədir. Bütün baş verənlərə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın müharibə qaydalaını pozduğunu biz illərlə yaşamışıq. Xocalı soyqırımında, Ağdamın, Kəlbəcərin işğalında ermənilər faşistlərin etmədikləri qəddarlığı ediblər və Azərbaycan xalqına qarşı genosid törədiblər. Uşaq, qadın, qoca ahıl bilmədən öz vəhşi xislətlərinə nümayiş etdiriblər. Bu, yaxın tarixdir. Biz heç zaman bunu unuda bilmərik. Ona görə də Ermənistandan, o dövlətə rəhbərlik edən qaniçənlərdən və onun ordusunda xidmət edənlərdən bütün anti-insani hərəkətlər gözləniləndir"
Bu sözləri Olaylar.az-a açıqlamasında "Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfael Becanov deyib.
"Sülh prosesinə hazırlıq getdiyi bir dönəmdə Ermənistanın Azərbaycanın işğaldan azad olunmuş sərhədboyu ərazilərində törətdiyi bu təxribat bir daha sübut edir ki, onlar dinc yanaşı, qonşuluq prinsipi ilə yaşamağa hazır deyillər. Paşinyan çıxışlarında bəyan edir ki, biz qonşularımızla Avropa ölkələri kimi yaşamaq istəyirik. Amma bu fikir bir söz olaraq qalır. Onun bu açıqlamasından dərhal sonra Azərbaycan sərhədi Ermənistanın diversiya qrupları tərəfindən pozulur və ordumuzun sərhədboyu mövqelərinə hücum edilir. Sonra da Azərbaycanın əleyhinə təbliğat kampaniyasına başlayırlar. Erməni mətbuatında yalandan Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə dezinformasiyalar yayırlar. Bu, Azərbaycanın humanizminə ziddir. Azərbaycan tərəfi heç zaman mülki infrastukturu, mülki şəxsləri hədəfə almayıb. Nəinki indi, hətta 44 günlük müharibədə belə Azərbaycan mülki infrastukturu hədəfə almadı, mülki vətəndaşlara atəş açılmadı.
Ermənistan isə birinci Qarabağ müharibəsində olduğu kimi ikinci Qarabağ müharibəsində də, atəşkəs dövründə də, Azərbaycanın 44 günlük müharibədəki zəfərindən sonra başlayan sülh danışıqları dönəmində də öz simasızlığını göstərməkdədir. Mülki vətəndaşlara atəş açır. Növbəti təxribat zamanı da iki mülki vətəndaşmız yaralanıb. Ermənistanın gerçək siması budur".