Azərbaycanı ittiham etməkdə davam edirlər - Deputat-Özəl

"Savaş zamanı mülki vətəndaşların təhlükəsizliyinin qorunması Azərbaycan üçün hər zaman proritet olub. Təəssüf ki, hələ də bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistanın feyk xəbərlərinə istinad edərək Azərbaycanı ittiham etməkdə davam edirlər". Bunu Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözklərinə gör, ikinci Qarabağ müharibəsi zamanı nəinki təmas xəttində, hətta döyüş bölgələrindən uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərimizi raket atəşinə tutan Ermənistanı bir dəfə də olsun ittiham etməyənlər indi döyüşdə məhv edilən erməni hərbiçilərini "günahsız mülki sakinlər" kimi təqdim etməkdən belə çəkinmirlər:  "Məhz Ermənistanın raket və bombalar Vətən müharibəsində 100 mülki vətəndaşımızın həyatını itirməsinə və 416 nəfərin yaralanmasına səbəb oldu. Yalnız Ermənistanın raket ilə Bərdə şəhərini vurması nəticəsində 1 gündə 21 vətəndaşımız həyatını itirdi. O zaman bu hadisələri əksər aparıcı xarici media qurumları işıqlandırmadı. İndi isə hətta bəzi ölkələrin rəsmilləri belə feyk bəyanatlar verməkdə sanki yarışa çıxıblar. Azərbaycan işi haqq işidir. Münaqişənin həlli isə əsassız ittihamlar ilə deyil, ölkələrin bir-birlərinin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh müqaviləsi ilə mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31