“Putin uğursuz olacaq, ukraynalılar qalib gələcək” - Ursula von der Leyen

"Rusiyaya qarşı sanksiyalar qalıcıdır".

Bunu Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen deyib. O, çıxışı zamanı fikirlərini bu cür ifadə  edib:

"İçində olduğumuz dövr qətiyyət dövrüdür. Bu, gələcəyimizə yönəlmiş savaşdır, avtokratiyaya qarşı demokratiya uğrunda mübarizədir. Putin uğursuz olacaq, ukraynalılar qalib gələcək. Cəsarətin bu gün bir adı var - o da Ukraynadır".

Bu gün Ukraynanın paytaxtı Kiyevə gedəcəyini açıqlayan Leyen, həmçinin elektrik enerjisi bazarında hərtərəfli islahat üzərində çalışacaqlarını da vurğulayıb:

"Müharibədən istifadə edərək fövqəladə qazanc əldə etmək yanlışdır, bu qazanc ehtiyacı olanlara yönəldilməlidir".

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31