Türkiyə hər zaman Azərbaycanın yanındadır - Rəcəb Tayyib Ərdoğan
13 Sentyabr 2022 23:20 SiyasətQardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır və ölkələrimiz həmrəydirlər.
Olaylar.az bildirir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı bildirib.
Türkiyə Prezidenti Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar dövlətimizin başçısına, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31