Azərbaycan tərəfindən cavab addımları legitim hərbi hədəflərə yönəlib - Xarici İşlər Nazirliyi
13 Sentyabr 2022 20:09 SiyasətAzərbaycan tərəfindən cavab addımları məhdud xarakterli olub, legitim hərbi hədəflərə yönəlib və mülki əhali hədəfə alınmayıb.
Olaylar.az bildirir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə ölkəmizdə akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün təşkil olunan brifinqdə deyilib.
Qeyd olunub ki, şərti dövlət sərhədində baş vermiş bu təcavüz aktı son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31