Rusiya mətbuatından MARAQLI İDDİA: “Putin tələyə düşdü”

Ukrayna savaşında Rusiya ordusunun son uğursuzluğu yerli mətbuatda müzakirə obyektinə çevrilib.

Kremlin nəzarətində olan dövlət televiziyası vəziyyətlə bağlı maraqlı iddia irəli sürülüb. Keçmiş parlament üzvü Boris Nadejdin canlı yayımda Rusiya prezidentinin müşavirlərini günahlandırıb.

O, çıxışı zamanı Putinin tələyə düşdüyünü söyləyib: "Kimsə Putinə deyib ki, Ukrayna təslim olacaq, qaçacaq. Əməliyyatın sürətli və effektiv olacağını ona çatdıranlar - bu insanlar hamımızı tələyə salıblar".

Nadejdin iki ölkə arasında sülh danışıqlarının aparılmasının vacibliyini də  vurğulayıb: "Ukraynanı məğlub etməyin mümkün olmadığını anlamalıyıq. Problemləri siyasi yolla həll etməyin vaxtıdır".

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31