Sahibə Qafarova Azərbaycanın Tacikistan Respublikasındakı səfirliyində olub - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub. Olaylar xəbər verir ki, spiker Sahibə Qafarova və parlament nümayəndə heyətinin üzvləri, əvvəlcə səfirlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.
Sonra Sahibə Qafarova səfirliyin əməkdaşları ilə səfirliyin fəaliyyəti barədə söhbət edib, onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub. 
Sonda xatirə şəkli çəkdirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31