Putin Özbəkistanda Əliyevlə Paşinyanı görüşdürməyə çalışacaq - Özəl

Bu günlərdə Özbəkistanın paytaxtı Daşkənddə baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı görüşdürməyə çalışacaq. "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, ancaq həmin görüş baş tutsa belə, hansısa nəticə əldə edilməyəcək:

"Belə bir görüş olsa belə hansısa sənədin qəbulu problematikdir. Çünki nə kommunikasiya xətlərinin açılması, nə sərhədlərin müəyyənləşməsi ilə bağlı sənədlər hazırdır, nə də sülh sazişinin mətni üzərində iş gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31