İşğaldan azad edilən ərazilərdə turizmin inkişaf etdirilməsi üçün böyük potensial var- ARZUMAN MURADLI - ÖZƏL ÖZƏL
13 Sentyabr 2022 12:00 Siyasət"İşğaldan azad edilən ərazilərdə turizmin inkişaf etdirilməsi üçün böyük potensial var. Oranın dağları, meşələri, torpaq örtüyü, bulaqları, havası, suyu, yeraltı və yerüstü sərvətləri bizə imkan verir ki, orada turizmi inkişaf etdirək".
Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri əmin olduğunu bildirib ki, Qarabağ tamamilə minalardan təmizləndikdən və orada quruculuq-abadlıq işləri yekunlaşdıqdan sonra Azərbaycan turistlərin ən çox üz tutduğu ölkələrdən birinə çevriləcək: "Qarabağ dünya üçün cəlbedici bir yerdir. Dünyanın əksər ölkələrinin vətəndaşları bu ərazini görmək istəyir və hesab edirəm ki, orada dünya üçün ən cəlbedici turizm obyektləri orada salınacaq".