Milli Məclisin nümayəndə heyəti Düşənbə şəhərində bir sıra tarixi-mədəni yerlərlə tanış olub
13 Sentyabr 2022 12:34 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Düşənbə şəhərində bir sıra tarixi-mədəni yerlərlə tanış olub. Olaylar xəbər verir ki, nümayəndə heyətinin üzvləri əvvəlcə "Koxi Navruz" kompleksinə baş çəkib. Məlumat verilib ki, 12 böyük zaldan ibarət olan kompleks mərasim və tədbirlər üçün nəzərdə tutulub. Qonaqlar kompleksin ekspozisiyası və zalları ilə tanış olublar.
Sonra parlament nümayəndə heyəti Tacikistan Milli Muzeyinə gəlib, burada tacik xalqının qədim tarixi, mədəniyyəti haqqında eksponatlarla tanış olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31