ABŞ bəyanatdan o yana keçməyəcək - Özəl
13 Sentyabr 2022 11:39 Siyasət"Ermənistan Baş naziri siyasi iradə göstərib, sülh müqviləsinin bağlamaq üçün addımlar atacağını rəsmən elan edərsə, Brüsseldə əldə olunmuş razılaşmaların icrasını həyata keçirərsə, xüsusilə "status" məsələsini artıq qaldırmayacaqsa, təxribatlara son verməklə dövlət sərhəddində atəşkəs bərpa oluna bilər. Bir neçə gündür ki, Ermənistan Kəlbəcər istiqamətində strateji yüksəklikləri işğal edib, psixoloji üstünlük əldə etməyə çalışır. Dövlət sərhəddində atəşkəsə onda gedilə bilər ki, Ermənistan üzərinə götürdüyü şərtlərə əməl etsin. Rəsmi Yerevandan belə bir bəyanat verilməyib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan sülh müqviləsi bağlamayacaqsa, Azərbaycan dövlət sərhəddində Kəlbəcərdə mülki infrasturukturu qorumaq üçün bufer zona yaratması labüddür: "Ermənistan ordusu dövlət sərhəddindən 15 km. geri atılmalıdır. Həmçinin Qarabağda silahlı erməni birləşmələrin çıxarılması üçün əməliyyatlar mütləqdir. Artıq, ABŞ dövlət departamenti Azərbaycan əleyhinə bəayant verib. Guya, Azərbaycan Ermənistanın mülki infrasturukturunu artilleriya ilə vurub. Halbuki, ikinci Qarabağ müharibəsində Ermənistan dünyanın gözü qarşısında Gəncə və Bərdəni ballistik raketlərlə atəşə tutmuşdu. Azərbaycan isə, Qarabağda və Ermənistan ərazisində heç bir mülki obyektləri hədəf seçmədi. ABŞ dövlət departamenti Amerika Erməni Assambleyasının mövqeyini öz dövlət mövqeyi kimi açıqlayıb. Rusiyanın mövqeyinə gəldikdə isə, Moskva Ukryanda işğal etdiyi ərazilərdən çıxarılır və ordusu darmadağı edildiyi üçün Ermənistan Azərbaycan məsələsinə ciddi yanaşmır. Bundan əlavə, Rusiyanın geosiyasi mövqeyi zəifləməyi Azərbaycanın Ermənistana ciddi təzyiqlərinin artması ilə nəticələnir. Avropa İttifaqı Azərbaycanın mövqeyinin dəstəkləyir. Qərbdən Azərbaycana elə bir ciddi təzyiq yoxdur. ABŞ bəyanatdan o yana keçməyəcək. Artıq Türkiyənin F-16 qırıcıları Azərbaycandadır. Bu da düşmənələrə mesajdır".