Mikayıl Cabbarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb - FOTO
12 Sentyabr 2022 15:47 Siyasətİqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerlə görüşüb.
Bu barədə nazir özünün "Facebook" səhifəsində qeyd edib:
"ABŞ Etnik Anlaşma Fondunun (The Foundation For Ethnic Understanding - FFEU) prezidenti Mark Şnayerlə (Rabbi Marc Schneier) ölkəmizdə millətlərarası və mədəniyyətlərarası dialoqun təşviqini, bütün icmaların sülh və sabitlik şəraitində yaşadığını vurğuladıq. Azərbaycanın zəngin mədəni-mənəvi irsi və tolerantlıq ənənələri barədə fikirlərimizi bölüşdük".
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31